Məşhur filmdəki ayaqqabıları oğurlayan tapıldı

Məşhur filmdəki ayaqqabıları oğurlayan tapıldı
18 may 2023
# 12:15

Klassik filmlər arasında yer alan "Oz sehrbazı" filmindəki Doroti obrazının geyindiyi ayaqqabıları oğurlayan şəxs FTB tərəfindən yaxalanıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 1939-cu ildə çəkilmiş " Oz sehrbazı" filmində Doroti personajının geyindiyi ikonik ayaqqabılar sənət əsəri kimi dəyərləndirilib. 2005-ci ildə muzeydən oğurlanan ayaqqabılar 2018-ci ildə FTB tərəfindən ələ keçirilsə də, o vaxt heç kim həbs olunmayıb.

Ötən çərşənbə axşamı FTB 76 yaşlı Terri Martini ayaqqabı oğurladığına görə həbs edib. ABŞ-da Cudi Qarlend Muzeyində ayaqqabıları oğurlayan şəxs arxasında heç bir iz qoymayıb və həyəcan siqnalının çalmasına mane olub. Həmin vaxt ayaqqabıların 3,5 milyon dollar dəyərində olduğu məlum olub.

Xatırladaq ki, hazırda bu ayaqqabılardan cəmi 4 cüt var. Müzikl janrında olan filmdə bu ayaqqabıları Hollivud ikonası Cudi Qarlend geyinib.

FBI, Oz Büyücüsü filminde kullanılan ayakkabıların hırsızını buldu - 2

# 1026 dəfə oxunub

Müəllifin son yazıları

# # #