Məşhur dirijor vəfat etdi

Məşhur dirijor vəfat etdi
6 may 2025
# 10:45

Tanınmış dirijor, bəstəkar və piaonoçu Vaxtanq Maçavariani 74 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

V. Maçavariani 1951-ci ilin fevralın 18-də Tbilisidə anadan olub. 1973-1977-ci illərdə Tbilisi Dövlət Konservatoriyasını bitirib. 1987-1991-ci illərdə Gürcüstan Musiqi Cəmiyyətinin Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru, 1987-1990-cı illərdə Zakaria Paliaşvili adına Tbilisi Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru olub.

Qeyd edək ki, Vaxtanq Maçavariani SSRİ Xalq artisti, bəstəkar, dirijor Aleksi Maçavarianinin oğludur.

# 106 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #