Mühakimə olunan kriminal yazıçı Enn Perri 84 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Məlumata görə, 2022-ci ilin dekabrında infarkt keçirən yazıçının səhhəti tədricən pisləşib. Müəllif son kitabını ölümündən bir həftə əvvəl nəşr etdirib.
Qeyd edək ki, Enn Perrinin əsl adı Juliet Marion Hume-dir. Yazıçı London Times-a görə kriminal janrın ən yaxşı 100 ustası sırasında idi.