Dünyanın ən nüfuzlu caz musiqiçilərindən biri olan Sonni Rollinz 95 yaşında dünyasını dəyişib.
Kulis.az xəbər verir ki, bu barədə məlumat sənət,inin sosial şəbəkə səhifəsində yayılıb.
"Saksafon nəhəngi" və "Don əmi" ləqəbləri ilə tanınan əfsanəvi musiqiçi Nyu-York ştatının Vudstok şəhərindəki evində vəfat edib.
Rollinz caz saksafonçusu kimi karyerasına hələ 1940-cı illərin sonlarında başlayıb. O, ABŞ-nin ən nüfuzlu musiqi mükafatı olan "Qremmi"yə üç dəfə layiq görülüb. 2006-cı ildə Caz Tənqidçiləri Assosiasiyası onu "İlin ən yaxşı musiqiçisi" seçib. Bundan əlavə, dahi sənətkar ABŞ-nin İncəsənət sahəsində Milli Medalının kavaleri idi.