BAFTA mükafatı laureatı Cim Parker 88 yaşında vəfat etdi.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bəstəkar uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.
60 illik karyerası ərzində Parker ingilis şairi və yazıçısı Con Betjeman ilə dörd musiqi albomu buraxıb.
- Hər birimizin heç olmasa bir dəfə işlətdiyimiz 20 əfsanə cümlə-SİYAHI
- “Kaspi nəşrləri”ndən yeni kitab
- Ramil Əhmədin yeni kitabı çap olundu
Parker 1934-cü ildə Hatlpul şəhərində anadan olub. Musiqi karyerasına qoboy ifaçısı kimi başlayıb.
1959-cu ildə Londonda Musiqi və Dram Məktəbində gümüş medal qazandıqdan sonra fəxri fərmanla təltif edilib.
"Traveling Light" (2016) və "Sonatina" (2022) onun son əsərləridir.