Kitab sərgisi

Məşhur aparıcı yenidən efirə qayıtdı

Məşhur aparıcı yenidən efirə qayıtdı
24 sentyabr 2025
# 11:10

Amerikanın məşhur televiziya aparıcısı Jimmy Kimmel intizam cəzası səbəbindən qısa müddətli fasilədən sonra yenidən efirə qayıdıb.

Kulis.az xəbər verir ki, o, tamaşaçılardan üzr istəyərək bildirib ki, onun sözləri yanlış anlaşılaraq böyük qınaq doğurub:

“Bir gəncin qətlini zarafata çevirmək, faciəni yüngülləşdirmək heç vaxt mənim niyyətim olmayıb. Əksinə, belə halların nə qədər acı və dəhşətli olduğunu yaxşı başa düşürəm”.

Qeyd edək ki, çıxışından sonra ictimaiyyətin ciddi təzyiqi ilə üzləşən Kimmel bir müddət proqramdan uzaqlaşdırılmışdı.

# 121 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər