Məşhur amerikalı müğənnidən rekord

Məşhur amerikalı müğənnidən rekord
17 iyul 2023
# 15:30

Tanınmış müğənni Taylor Sviftin eyni anda dörd albomu "Billboard 200" top onluğuna daxil olub.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, məşhur sənətçi 4 albomu "Billboard 200" top onluğuna daxil olan yeganə qadın ifaçıdır. "Billboard" siyahısında onun “Speak Now”, “Midnights”, “Lover” və “Folklore” albomları yer alıb.

Qeyd edək ki, ABŞ "Billboard 200" top onluğunun siyahısına həftənin ən populyar albomları daxil edilir. 2016-cı ildə amerikalı müğənni və gitaraçı Prince Rogers Nelsonun beş albomu eyni anda ilk onluqda qərarlaşa bilib, lakin bu, musiqiçinin ölümündən sonra təyin olunub.

# 698 dəfə oxunub

Müəllifin son yazıları

# # #