İlk dəfə 2008-ci ildə ekranlara çıxan “Aşk-ı Memnu” serialında çəkilən aktrisa Beren Saat və aktyor Kıvanç Tatlıtuğ yenidən eyni serialda tərəf müqabili ola bilərlər.
Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, yeni mövsümdə Star TV-də yayımlanacaq “Kral Kaybederse” serialında baş rolu Kıvanç Tatlıtuğ canlandıracaq.
Beren Saata isə digər baş rolda çəkilmək üçün təklif göndərilib. Aktrisa təklifi qəbul etsə, Tatlıtuğla yenidən eyni serialda çəkiləcək.
Ekran işi professor Gülseren Budaycıoğlunun eyniadlı romanı əsasında çəkilir.