Məşhur aktyor yenidən məhkəmə qarşısına çıxarılacaq

Məşhur aktyor yenidən məhkəmə qarşısına çıxarılacaq
20 yanvar 2024
# 11:30

Məşhur aktyor Alek Bolduinin yenidən məhkəmə qarşısına çıxarılacağı açıqlanıb.

Kulis.az xəbər verir ki, Amerikalı aktyor Alek Bolduin oktyabrın 22-də “Pas” (Rust) filminin çəkilişi zamanı onun açdığı atəş nəticəsində kinooperator Qalina Xatçinsin faciəli şəkildə həlak olması barədə ilk dəfə danışıb.

Amerikalı aktyor Alek Bolduin çəkiliş meydançasında atdığı güllə ilə kinooperator Qalina Xatçinsi öldürməsi səbəbi ilə yenidən "ehtiyatsızlıqdan adam öldürmə" ittihamı ilə hakim qarşısına çıxarılıb.

ABŞ-ın Nyu-Meksiko ştatının məhkəməsi aktyoru “Rust” (“Pas”) filminin çəkilişləri zamanı ölümlə nəticələnən hadisəyə görə yeni ittiham edib.

Emmi mükafatlı aktyora qarşı əvvəlki ittihamlar 2023-cü ilin aprelində, cinayət mühakiməsinin başlamasına cəmi iki həftə qalmış ləğv edilmişdi.

Lakin prokurorları hadisədə istifadə edilən silahı yenidən məhkəmə-tibbi ekspertizasına göndəriblər.

Qeyd edək ki, hadisə 2021-ci ildə ABŞ-ın Nyu-Meksiko ştatında, Santa Fe şəhəri yaxınlarında çəkiliş meydançasında baş verib. APA

# 529 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #