Məşhur aktyor yenidən "Arka sokaklar"a geri qayıdır

Məşhur aktyor yenidən "Arka sokaklar"a geri qayıdır
26 iyul 2025
# 12:34

Türkiyənin sevilən seriallarından olan "Arka Sokaklar"da uzun illər rol aldıqdan sonra ayrılan Alp Korkmaz 20-ci mövsümdə yenidən geri qayıdır.

Kulis.az xəbər verir ki, "Erler Film"in qurucusu və prodüser Türker İnanoğlunun xatirəsinə davam etdirilən detektiv serial barədə sızan məlumata görə, növbəti sezon çəkilişlərində aktyor heyətinə sürpriz geri dönüş olacaq.

Qeyd edək ki, 2006-cı ildən bəri nümayiş olunan ekran əsərinin növbəti il üçün çəkilişlərinin avqust ayının 2-ci həftəsi başlaması nəzərdə tutulur.

# 110 dəfə oxunub

Müəllifin son yazıları

# # #