Məşhur aktyor yeni komediya filmində rol alacaq

Nikolas Keyc, aktyor

Nikolas Keyc, aktyor

31 avqust 2022
# 15:40

Hollivud ulduzu Nikolas Keyc “A24” studiyasının yeni komediya filmi olan "Xəyal ssenarisi" (“Dream Scenario”) filmində rol alacaq.

Kulis.az xəbər verir ki, rejissoru norveçli Kristoffer Borqli olacaq ekran əsərini “A24” studiyası maliyyələşdirəcək.

Qeyd edək ki bu yeni filmin komediya kimi təsvir edilməsindən başqa, qalan detallar hələ ki, gizli saxlanılır. Maraqlıdır ki, bu ilin yazında Nikolas Keyc birgə işləmək istədiyi dörd rejissorun adını açıqlayıb. Onlardan biri də rejissor Ari Asterdir.

# 1191 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #