Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi
31 oktyabr 2023
# 12:50

Meksikalı aktyor, ssenarist və rejissor Fernando Almada 95 yaşında vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Meksika Milli Aktyorlar Assosiasiyası (ANDA) məlumat yayıb.

Almada 26 fevral 1929-cu ildə Mexikoda anadan olub. Məşhur aktyor Mario Almadanın qardaşıdır. 1959-cu ildə "San Martin de Porresin möcüzələri" filmində debüt edib. Sonra "Bataqlığın sehri", "Ölüm pasportu" və bir çox filmdə yaddaqalan obrazlar canlandırıb. 1965-ci ildə Fernando qardaşı Mario Almada ilə "Cadugərin atlıları" filmində oynayıb.

Onun son filmi 2001-ci ildə ekranlaşdırılan" El Rey de la Mota" olub.

# 675 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #