Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi
5 aprel 2023
# 16:10

Meksikalı aktyor və teleaparıcı Andres Qarsiya 81 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb.

Aktyorun ölümünə səbəb qaraciyər sirrozu olub.

Qarsia daha çox 1985-ci ildə yayımlanan “Səndən başqa heç kim” serialı ilə tanınıb. Burada aktyor milyonçu Antonio Lombardonu canlandırıb. Qarsianın filmoqrafiyasına 120-dən çox layihə daxildir. Onların arasında “Orada kimsə var?”, “İkinci həyat”, “Macəraçılar”, “Mərkəzi xəstəxana”, “Roksana üçün qaçış” filmləri var.

Qarsiya kino işindən əlavə televiziyada aparıcı kimi də fəaliyyət göstərib. Sənətçi Gigi Graciette ilə "Telemundo El y Ella" tok-şousunun aparıcısı olub. Teleaparıcı sosial şəbəkələrdə həmkarının xatirəsini yad edib.

“O, Meksikada ən çox axtarılan aparıcı adamlardan biri idi. Rahat yat, amigo. Biz sənin üçün darıxacağıq”, - deyə Graciette yazıb.

Andres Garcia və həyat yoldaşı Margherita Portillo

# 720 dəfə oxunub

Müəllifin son yazıları

# # #