Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi
19 yanvar 2023
# 10:00

Rusiyalı teatr və kino aktyoru Dmitri Varfolomeyev 57 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, sənətçinin qardaşı aktyorun son bir neçə ay ağır vəziyyətdə xəstəxanada qaldığını bildirib. Onun ölüm səbəbi insult olub.

Dmitri Varfolomeev 12 oktyabr 1966-cı ildə anadan olub. O, Krasnoyarsk Dram Teatrında, Krasnoyarsk Vilayət Kukla Teatrında, Dağlıq Altay Dram Teatrında və Ruben Simonov Teatrında, eləcə də Maqnitoqorsk Dram Teatrında çalışıb. Aktyor “Sevgim”, “Həyat yoldaşları”, “Köhnə iş” kimi layihələrdə rol alıb.


# 1116 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #