“Çağırış” serialının aktyoru Leonid Kuçko 79 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, aktyorun ölüm səbəbi hələ məlum deyil.
Sənətçi “Çağırış”, “Məhkəmə”, “İvan da Marya detektiv agentliyi”, “Qaranlıq gecə”, “Müharibə adamı” kimi telelayihələrdəki rolları ilə tanınıb. Teatrda Aleksandr Ostrovskinin , Florida Bulyakovun əsərləri əsasında hazırlanan tamaşalarda iştirak edib.