Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi
20 sentyabr 2022
# 15:38

Rusiyanın Əməkdar artisti, rejissor Sergey Puşkepalis bədbəxt hadisə nəticəsində 56 yaşında dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, 56 yaşlı aktyorun ölümü ilə bağlı "Baza" teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, hadisə sentyabrın 20-də, günorta saatlarında, Yaroslavl vilayətindəki M-8 avtomobil yolunda baş verib. İlkin məlumata görə, qəzaya səbəb yük maşınının qarşı zolaqda hərəkətdə olan minik avtomobili ilə toqquşması olub. Nəticədə aktyor həyatını itirib. Yük maşınının sürücüsü reanimasiyadadır.

Qeyd edək ki, Sergey həm də Yaroslavl Volkov Teatrının bədii rəhbəri idi. O, Aleksey Popoqrebskinin "Sadə şeylər" və "Bu yayı necə keçirdim" filmlərinin çəkilişləri sayəsində məşhurlaşıb.

# 2614 dəfə oxunub

Müəllifin son yazıları

# # #