Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi
1 fevral 2022
# 10:22

Britaniyalı aktyor Leonard Fenton 95 yaşında vəfat edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçi şənbə günü, yanvarın 29-da dünyasını dəyişib. Onun ölüm səbəbi dəqiqləşdirilməyib.

Fenton Londonda anadan olub. Onun kino karyerası 60 ildən çoxdur. Bundan əlavə, sənətçi teatrda oynayır, rejissorluq və rəssamlıqla məşğul olurdu. Onun film və seriallarına “Cinayət”, “Zombi gündəlikləri”, “Geniş küçəyə salam deyin”, “Yeraltı”, “Günün oyunu” daxildir.

# 1528 dəfə oxunub

Müəllifin son yazıları

# # #