Məşhur aktyor vəfat etdi

Lui Anderson, aktyor

Lui Anderson, aktyor

22 yanvar 2022
# 13:00

Amerikalı məşhur yumor ustası və yazıçı, “Lui ilə həyat” multiserialının müəllifi Lui Anderson vəfat edib.

Kulis.az xarici mətbuata istinadən xəbər verir ki, bir müddətdir qan xərçəngindən müalicə alan yumor ustası 68 yaşında xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, "Emmi" mükafatına layiq görülən L.Anderson "Amerikaya səyahət", "Ferris Byullerin istirahət günü", "Detektiv Neş Brices", "Şeldonun uşaqlığı", "Klinika" kimi film və seriallardakı obrazları ilə məşhurlaşıb.

# 2672 dəfə oxunub

Müəllifin son yazıları

# # #