Məşhur aktyor vəfat etdi

Vladimir Tatosov, rusiyalı aktyor

Vladimir Tatosov, rusiyalı aktyor

24 dekabr 2021
# 19:00

Sovet və Rusiya teatr, kino aktyoru Vladimir Tatosov vəfat edib.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, xalq artisti Vladimir Tatosov koronavirus infeksiyası fonunda pisləşən onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Vladimir Tatosov 1926-cı il mayın 10-da Moskvada anadan olub. 1946-cı ildə Sverdlovsk Dram Teatrının dram məktəbini bitirib, bir il sonra Leninqrad Komediya Teatrının truppasına qəbul olunub, sonra Leninqrad Lenin Komsomolu Teatrına köçüb. 1963-cü ildə Bolşoy Akademik Dram Teatrının artisti olub. 1971-ci ildə “Lenfilm” kinostudiyasında işləməyə başlayıb. Tatosov geniş tamaşaçı kütləsinə yaxşı tanış olan “Şerlok Holms və doktor Vatson: iyirminci əsr başlayır”, “İyulun altıncısı”, “Böyük ailə”, “Gecikmiş görüş” və s. filmlərdə rol alıb.

# 1223 dəfə oxunub

Müəllifin son yazıları

# # #