Məşhur aktyor modeli zorlamaqda ittiham olunur

Məşhur aktyor modeli zorlamaqda ittiham olunur
2 iyun 2023
# 14:30

Aktyor və teleaparıcı Bill Kosbi keçmiş Playboy modelini zorlamaqda ittiham olunur.

Kulis.az xəbər verir ki, bu barədə "People" məlumat yayıb.

Keçmiş model Viktoriya Valentino Los-Anceles dairəsinin Ali Məhkəməsində iddia qaldırıb. Qadın iddia edir ki, 85 yaşlı aktyor 1969-cu ildə Los-Anceles restoranında yolları kəsişdikdən sonra ona narkotik verib və zorlayıb.

Valentino bildirib ki, Kosbinin 6 yaşlı oğlunun ölümünə ağladığını görüb ona yaxınlaşıb. Keçmiş Playboy modelinin sözlərinə görə, teleaparıcı ona həb verib və bundan sonra qadının özünü yaxşı hiss edəcəyini bildirib. Həb üzündən model özünə nəzarəti itirib, bundan sonra aktyor onu zorlayıb.

Qeyd edək ki, amerikalı televiziya ulduzu Bill Kosbi daha öncə də 2018-ci ildə zorlama ittihamı ilə on il həbs cəzasına məhkum edildikdən sonra həbsdən azad edildi.

Bill Kosbi “The Cosby Show” komediya layihəsinin aparıcısı kimi tanınır. O, həmçinin “Oza Qayıdış”, “Altıncı Leonard”, “Cek” və “Komediyaçı” kimi filmlərdə rol alıb.

# 850 dəfə oxunub

Müəllifin son yazıları

# # #