Məşhur aktyor həbs olundu

Məşhur aktyor həbs olundu
21 avqust 2024
# 09:12

"Rezervuar itləri" və "Billi öldür" filmlərinin ulduzu Maykl Madsen həyat yoldaşına qarşı zorakılıq ittihamı ilə həbs edilib.

Kulis.az xəbər verir ki, aktyorun həyat yoldaşı DeAnna Madsen şənbə günü gecə yarısı Los-Anceles polisinə zəng edərək həyat yoldaşının onu itələdiyini və evdə kilidlədiyini deyib.

Maykl Kaliforniyanın Malibu şəhərində həbs edilib.

66 yaşlı aktyor 20 min dollar məbləğində girov qoyduqdan sonra azad edilib.

# 309 dəfə oxunub

Müəllifin son yazıları

# # #