Məşhur aktyor axtarışa verildi

Məşhur aktyor axtarışa verildi
14 fevral 2024
# 10:30

Rusiyalı aktyor İqor Petrenko axtarışa verilib.

Kulis.az xəbər verir ki, buna səbəb aktyorun aliment borcunu ödəməməsidir.

İqorun keçmiş həyat yoldaşı, aktrisa Yekaterina Klimovadan olan iki oğluna görə 9,2 milyon rubl aliment borcu var.

O, bir ildən çoxdur ki, aliment ödəmir.

Qeyd edək ki, İqor və Yekaterina 2014-cü ildə boşanıblar. Aktyor daha sonra Kristina Brodskaya ilə evlənib. Onun bu evlilikdən üç qızı var.

# 584 dəfə oxunub

Müəllifin son yazıları

# # #