Argentinalı aktrisa və müğənni Natalia Oreyro Rusiya istehsalı “Şaxta babaya məktub” filmində iştirak edəcək.
Kulis.az Rusiya mediasına istinadən xəbər verir ki, rejissor Kirill Kuzinin sözlərinə görə, artıq Oreyro ilə çəkiliş tarixləri razılaşdırılıb.
Serial Qorki adına Kinostudiya tərəfindən ərsəyə gətiriləcək.
Qeyd edək ki, Natalia Oreyro daha çox “Vəhşi mələk” serialı ilə tanınır.