Fransız yazıçı, müğənni və aktrisa İzabel Lakamp 68 yaşında vəfat edib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, aktrisa xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.
İzabel 1954-cü ildə Neuilly-sur-Seine şəhərində anadan olub. Londonda Şərq və Afrika Araşdırmaları Məktəbində, eyni zamanda Parisdə Şərq Dilləri, Çin və Koreya dilləri üzrə təhsil alıb. O, yazıçı olaraq daha çox bir sıra bestsellerlərin müəllifi kimi tanınıb.
Aktrisa "Akrobat", "Səni sevirəm", "Cəhənnəmdən gələn qatar", "Sevgimə ağlama", "Uğurlar, cənab Pik!", "Mərmər Ürək" filmlərində rol alıb. ", "Son beş dəqiqə", "Komandir Maqretin araşdırmaları" və s. filmlərdə rol alıb.
Məşhur aktrisa xərçəngdən vəfat etdi
29 iyun 2023
10:30
1169 dəfə oxunub