Məşhur aktrisa vəfat edib.
Kulis.az rus mediasına istinadən xəbər verir ki, Rusiyanın Xalq artisti Zinaida Kiriyenko 88 yaşında dünyasını dəyişib. Bu barədə Rusiyanın kinematoqrafiya birliyi məlumat yayıb.
Z.Kiriyenko onlarla filmdə yer alıb. Onun “Sakit Don”, “İnsan taleyi”, “Dəniz haqqında poema” və başqa filmlərdəki rolu xüsusi ilə qeyd olunur.