Məşhur aktrisa öz filminə baxmaqdan imtina etdi

“Taleyin ironiyası”

“Taleyin ironiyası”

25 dekabr 2021
# 16:33

Məşhur aktrisa Barbara Brılska hər il Yeni il bayramı ərəfəsində efirlərdə göstərilən, özünün də iştirak etdiyi “Taleyin ironiyası” filminə baxmayacağını açıqlayıb.


Kulis.az rus mediasına istinadən xəbər verir ki, aktrisa , “Veçernyaya Moskva” qəzetinə müsahibəsində Yeni il ənənələrinin əksinə olaraq Eldar Ryazanovun “Taleyin ironiyası” filminə baxmayacağını bildirib.


Brılskayanın sözlərinə görə, sovet və rus tamaşaçıları onu aktrisa kimi məhz filmdəki Nadya Şevelyova roluna görə tanıyırlar, lakin o, filmə dəvət olunanda, artıq bacarıqlı və tanınmış aktrisa olub.


Aktrisa həmçinin böyük həyat təcrübəsinə yüksəldiyindən öz aktyorluq səhvlərini görmək istəmədiyi üçün "Taleyin ironiyası"na yenidən baxmayacağını qeyd edib.

# 2250 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #