Məşhur aktrisa mükafatlandırıldı

Penelope Kruz, aktrisa

Penelope Kruz, aktrisa

7 iyun 2022
# 15:40

Penelope Kruz ispan kino tarixində ən çox mükafat qazanan aktrisa olub.

Kulis.az xəbər verir ki, İspaniyanın Mədəniyyət və İdman Nazirliyi iyunun 6-da dünyaca məşhur Penelope Kruza kinodakı müstəsna xidmətlərinə görə “Milli Kinematoqrafiya Mükafatı 2022” təqdim edib.

Münsiflər heyəti ötən il məhsuldar fəaliyyəti nəticəsində Venesiya Festivalında “Copa Volpi” mükafatını qazanan və Pedro Almodovarın "Paralel analar" filminə görə 4-cü dəfə “Oskar” mükafatına namizədliyini irəli sürən ispaniyalı aktrisaya yekdilliklə bu mükafatı verib.

# 1558 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #