Məşhur aktrisa 6 ildən sonra teatrda

Məşhur aktrisa 6 ildən sonra teatrda
23 avqust 2024
# 10:35

Oskar mükafatı laureatı, aktrisa Keyt Blanşett 6 ildən sonra yenidən teatr səhnəsinə qayıdır.

Kulis.az xəbər verir ki, o, Anton Çexovun məşhur əsəri “Qağayı” əsəri əsasında hazırlanan tamaşada oynayacaq.

Avstraliyalı aktrisa tamaşada Arkadina obrazını canlandıracaq. Onun tərəf müqabili isə Tom Burk olacaq.

Rejissoru Tomas Ostermeyer olan tamaşa 6 həftə ərzində Londonun Barbikan Teatrında nümayiş olunacaq.

Qeyd edək ki, Blanşett və Burk birlikdə Stiven Soderberqin "Qara çanta" filmində oynayıblar.

Ülvi Bahadır

# 382 dəfə oxunub

Müəllifin son yazıları

# # #