“Meşənin pıçıltısı - səsin sehri” adlı sərgi açıldı

“Meşənin pıçıltısı - səsin sehri” adlı sərgi açıldı
8 noyabr 2024
# 12:49

Noyabrın 7-də “Gazelli Art House”da “Meşənin pıçıltısı - səsin sehri” adlı irimiqyaslı qrup sərgisinin açılışı olub.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya layihənin üzərində xeyli vaxtdır işin getdiyini bildirib.

“Bu sərginin ideyası hazırda olduğumuz məkanda reallaşıb. Ağacların, bitkilərin öz aləmi və səsləri var. Biz xüsusi instalyasiyaları vasitəsilə bunu yaratdıq”, - deyə səfir əlavə edib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ölkəmizin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsinin əhəmiyyətindən söhbət açıb. O, tədbirin dünyanın ekoloji problemlərinin həllinə verəcəyi mühüm töhfələri diqqətə çatdırıb.

Əməkdar rəssam Səbinə Şıxlinskaya vurğulayıb ki, sərginin məqsədi natural və süni yaradıcılıq anlayışlarına dair düşündürücü suallar barədə fikir mübadiləsi aparmaqdır.

Sərgidə təbiətin insanla əlaqəsini göstərdiyini vurğulayan rəssam Elnarə Nəsirli deyib: “Biz Azərbaycan və Latviyadan gələn səsləri toplayıb bu sərgidə təqdim edirik. Bitkilərin elektrik siqnallarını götürüb musiqiyə çeviririk. Bu şəkildə insanlar bitkilərin gücünü və enerjisini tamamilə fərqli hiss edə bilərlər”.

Sərgi gələn il yanvarın 31-dək davam edəcək.

# 336 dəfə oxunub

Müəllifin son yazıları

# # #