“Mərmər soyuğu” filmi “Arctıc Open” festivalında iştirak edəcək

“Mərmər soyuğu” filmi “Arctıc Open” festivalında iştirak edəcək
1 noyabr 2023
# 14:03

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” bədii filmi dekabrın 7-dən 13-dək Rusiya Federasiyasının Arxangelsk şəhərində keçiriləcək VII Beynəlxalq “Arctic Open” Film Festivalında iştirak edəcək.

Kulis.az xəbər verir ki, Kinostudiyanın mətbuat xidmətindən verilən məlumata görə, “Mərmər soyuğu” festivalın tammetrajlı filmlər bölməsinə qəbul edilən 11 ekran əsərindən biridir.

Filmin baş prodüseri Arzu Əliyeva, rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboo, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir. Baş rollarda Xalq artisti Qurban İsmayılov, aktyorlar Elşən Əsgərov və Natavan Abbaslı çəkiliblər.

Uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edən filmdə həbsdən evə qayıdan ata oğlunun həyatına müdaxilə etməyə çalışır.

Qeyd edək ki, film dünya premyerasını 2022-ci ilin noyabr ayında PÖFF Tallin Qara Gecələr Film Festivalında edib.

# 884 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #