ABŞ-də keçirilən hərracda amerikalı aktyor Ceyms Din tərəfindən yazılmış sevgi məktubu 32 500 dollara satılıb.
Kulis.az xəbər verir ki, iki səhifədən ibarət məktub Din tərəfindən aktrisa Barbara Qlennə 1954-cü ildə, onun faciəvi ölümündən bir il əvvəl Kaliforniyadan Nyu-Yorka göndərilib.
Məktubda aktyor sevgilisinə belə yazırdı:
“Özümü çox tənha hiss edirəm. Açıqcan çox gözəl qoxuyurdu, zəhmət olmasa, belə etmə".
Qeyd edək ki, Ceyms Din 1950-ci illərin əfsanəvi Amerika aktyorlarından biri olub.