Yanvarın 5-də vəfat edən aktyor Azər Baxşəliyev ötən ilin fevral ayının 20-də Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə böyrək çatışmazlığı ilə əlaqədar qeydiyyata düşüb.
Kulis.az-ın məlumatına görə, bu barədə qurumdan məlumat verilib.
Məlumatda deyilir ki, həmin ilin oktyabrın 3-ü qohum olmayan canlı donorla müraciət edib və sənədlərin yığılması üçün məktub göndərilib. Xəstəxana sənədləri Mərkəzə oktyabrın 16-da daxil olub və müvafiq sənədlər oktyabrın 31-də Etika Komissiyasına göndərilib.
"Lakin Etika Komissiyasından Azər Baxşəliyevin transplantasiya əməliyyatı olunmaqdan könüllü surətdə imtina etdiyi qərarı gəlib”.