Ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi Lalla Hasnaa mayın 6-da Beynəlxalq Muğam Mərkəzi ilə tanış olub.
Kulis.az xəbər verir ki, qonağa mərkəz haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, bu mərkəz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə inşa edilib.
Mərakeşin xanım Şahzadəsinə Beynəlxalq Muğam Mərkəzinin foyesində nümayiş olunan ekspozisiyada yer alan milli musiqi alətləri barədə də məlumat verilib.
Sonra konsert proqramı təqdim olunub.
Qeyd edək ki, Mərakeş Krallığının xanım Şahzadəsi Lalla Hasnaanı mədəniyyət naziri Adil Kərimli müşayiət edib