“Mənimlə dost olmaq istəyən azərbaycanlı musiqiçiləri gözləyirəm” - Kalben

“Mənimlə dost olmaq istəyən azərbaycanlı musiqiçiləri gözləyirəm” - Kalben
16 oktyabr 2023
# 12:10

Türkiyəli sənətçi Kalben Sağdıç 13 oktyabrda Bakıda konsert proqramı ilə çıxış edib.

Kulis.az xəbər verir ki, Pi Events-in təşkilatçılığı, SeFa Medianın media dəstəyi ilə baş tutan gecəyə Hayal Kahvesi ev sahibliyi edib.

İfaçı çıxışına Şövkət Ələkbərovanın “Gəl, ey səhər” mahnısı ilə başlayıb. “Yara”, “Saçlar”, “Sadəcə” kimi mahnılarını səsləndirib və böyük alqışla qarşılanıb.

Çıxışdan əvvəl jurnalistlərin suallarını cavablandıran sənətçi Bakını çox sevdiyini, mart ayında baş tutan konsertində 4 gününü Bakıda keçirdiyini, sərgilərə, kitabxanalara getdiyini və heyran qaldığını bildirib.

Kalben növbəti çıxışlarında Şövkət Ələkbərovanın “Mən çox gün görmədim” adlı mahnısını ifa etmək istədiyini də bildirib.

# 716 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #