“Mənim adım neftdir” beynəlxalq festivalda

“Mənim adım neftdir” beynəlxalq festivalda
13 may 2025
# 14:50

İqor Smolanın “Mənim adım neftdir” filmi Böyük Britaniyada keçiriləcək Sheffield DocFest Beynəlxalq Sənədli Filmlər Festivalında iştirak edəcək.

Kulis.az xəbər verir ki, eksperimental xarakterli sənədli filmdə neft insan müdaxiləsi ilə törədilən fəlakəti öncədən xəbər verə bilən canlı orqanizm kimi göstərilir. Filosof Reza Neqarestaninin fikirlərindən təsirlənən müəllif neftə metafizik varlıq kimi baxır.

Filmin rejissoru və ssenari müəllifi İqor Smola, operatoru Alisa Tareliçeva, prodüserləri Emil Nəcəfov, Duyğu Dəvəli, Qreqori Baqayev, Vladimir Nadein, İlkin Məhəmmədli və İqor Smoladır.

Filmdə aktyor kimi Mahir Əsədov çəkilib.

14 dəqiqə xronometrajlı olan film Sinqapur və Azərbaycanın müştərək istehsalıdır.

18-23 iyun 2025-ci il tarixlərində keçiriləcək festivalda “Mənim adım neftdir” filmi Qısametrajlı Filmlər Beynəlxalq Müsabiqə proqramında yer alacaq.

Qeyd edək ki, Sheffield DocFest Böyük Britaniyanın ən böyük sənədli film festivalıdır. “Oskar” və BAFTA kvalifikasiyalı festival dünyanın ən nüfuzlu festivallarından biri sayılır.

# 92 dəfə oxunub

Müəllifin son yazıları

# # #