14 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Sənətkarın dostu” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti, xanəndə Mələkxanım Eyubova ilə görüş keçiriləcək.
Kulis.az xəbər verir ki, Şamaxı səhər İncəsənət Təhsili Mərkəzində baş tutacaq görüşdə muğam sənətinin tarixi və inkişafı, milli musiqi mədəniyyətinin təbliği və tədrisi mövzularında söhbət aparılacaq. Sənətkarın və istedadlı gənclərin ifasında müxtəlif muğam və təsniflər təqdim olunacaq.