Melburq qalereyası 78 il sonra bağlanır

Melburq qalereyası 78 il sonra bağlanır
5 aprel 2024
# 16:00

Madrid və Barselonada yerləşən Melburq sənət qalereyası iyun ayında fəaliyyətini dayandıracaq və 230 milyon avro dəyərində inventarını satacaq.

Kulis.az xəbər verir ki, iyun ayından etibarən qalereya Cekson Pollok, Mark Rotko və Robert Motervel kimi rəssamları sərgiləməyəcək və təmsil etməyəcək.

Qalereyada problemlər 2020-ci ildə, pandemiyanın ortasında, ağır iqtisadi itkilərin olduğu və ən azı iki əsas sənətçinin - Paula Reqo və Frank Orbaxın getməsi ilə başlayıb.

Qalereyanın bəyanatında deyilir:

“Uzun və diqqətlə nəzərdən keçirdikdən sonra qərara gəldik ki, indi 80 ilik tarixi olan qalerayanı bağlamağın vaxtıdır. Biz Melburq qalereyasının tarixi irsinin ayrılmaz hissəsi olan bütün rəssamlara dərin minnətdarlığımızı bildiririk".

Ülvi Bahadır

# 835 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #