"Meksika kuklaları" Bakıda

"Meksika kuklaları"  Bakıda
20 may 2025
# 09:50

Azərbaycan Dövlət Kukla Teatrında “Meksika kuklaları” adlı fotosərgi açılıb.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən Meksikanın Azərbaycandakı səfiri xanım Viktoriya Romero layihəni iki ölkə arasında mədəni əlaqələrin inkişafı baxımından önəmli addım kimi dəyərləndirib.

Teatrın mətbuat katibi Həmidə Rüstəmova vurğulayıb ki, kukla teatrı xalqların mədəni irsinin qorunmasında mühüm rol oynayır.

Qeyd edək ki, sonda qonaqlar sərgi ilə tanış olublar.

# 104 dəfə oxunub

Müəllifin son yazıları

# # #