Məhşur Amerika aktrisası vəfat etdi

Məhşur Amerika aktrisası vəfat etdi
18 fevral 2023
# 11:50

Tanınmış aktrisa Stella Stivens 85 yaşında dünyasını dəyişib.

Kulis.az Rusiya mətbuatına istinadən xəbər verir ki, aktrisa ötən gün Los-Ancelesdəki evində dünyasını dəyişib.

Qeyd edək ki, o, uzun illərdir ki, altsheymer xəstəliyindən əziyyət çəkirdi.

Stella Stivens 1960-cı ildən filmlərə çəkilməyə başlayıb.

Aktrisanın çəkildiyi ən məşhur fiolmlər “The Nutty Professor” və “The Poseidon Adventure” olub. Stevens, həmçinin "Qızlar, qızlar, qızlar" musiqili komediyasında Elvis Preslinin tərəf müqabili olub.

# 1371 dəfə oxunub

Müəllifin son yazıları

# # #