“Məhsəti” beynəlxalq festivalda

“Məhsəti”  beynəlxalq festivalda
13 may 2025
# 13:50

Rejissor Suad Qaranın “Məhsəti” qısametrajlı bədii filmi beynəlxalq festival səyahətinə başlayır.

Kulis.az xəbər verir ki, filmin ilk dayanacağı nüfuzlu XI Mammoth Lakes Film Festivalı (Kaliforniya) olacaq.

Feminizm ruhunda qurulmuş müasir nağıl olan “Məhsəti” XII əsrdə yaşamış azərbaycanlı şairə Məhsəti Gəncəviyə bənzəməyə çalışan gənc aktrisanın daxili axtarışları və özünü tanımaq cəhdləri haqqındadır.

Filmdə baş rolları Fərqanə Abdulla, Cavanşir Sərdarlı, Elnur Musayev, Mələksima Məmmədova və İlqar Aydın ifa edirlər.

Filmin operatoru Barbu Balasu, bəstəkarı Katya Yonderdir.

Qeyd edək ki, Azərbaycan (“CİNEX prodakşn”) və Rumıniyanın (“MicroFilm” şirkəti) birgə istehsalı olan filmin prodüserləri Mariya İbrahimova və Ada Solomondur.

# 122 dəfə oxunub

Müəllifin son yazıları

# # #