“Mədəniyyətimizin incisi-Qarabağ” sərgisi keçiriləcək

“Mədəniyyətimizin incisi-Qarabağ” sərgisi

“Mədəniyyətimizin incisi-Qarabağ” sərgisi

2 noyabr 2021
# 19:00

Noyabrın 5-də Azərbaycan Milli İncəsənət Muzeyində “Mədəniyyətimizin incisi-Qarabağ” sərgisi təşkil olunacaq.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, sərgi 8 Noyabr - Zəfər Günü ilə əlaqədar keçirilir.


Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin fondlarından seçilmiş Qarabağın qədim tarixini, mədəniyyətini və incəsənətini özündə əks etdirən eksponatlarla yanaşı, əslən Qarabağdan olan görkəmli sənət dühalarımızdan-Üzeyir Hacıbəylinin, Bülbülün və Niyazinin ev-muzeylərində onlara məxsus sənədlər, şəxsi əşyalar, hədiyyələr, fotolar, afişalar və digər qiymətli nümunələr təqdim olunacaq.

Sərginin məqsədi Qarabağa aid sənət incilərinin nümayiş etdirilməsi ilə yanaşı, bölgədə və onun tacı olan Şuşa şəhərində mövcud olmuş abu-havanı, böyük sənətkarların yetişib boya-başa çatmasını şərtləndirən mühiti canlandırmaqdır.

Sərgi 31 yanvar 2022-ci ilədək davam edəcək.

# 1270 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #