“Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi davam edir

“Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi davam edir
26 sentyabr 2024
# 18:00

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşəbbüsü və “Foto Xalça” MMC-nin tərəfdaşlığı ilə Milli Musiqi Gününə həsr olunmuş “Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi davam edir.

Kulis.az xəbər verir ki, sərgidə müasir texnologiyalar vasitəsilə hazırlanmış Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Fikrət Əmirov, Qara Qarayev kimi görkəmli Azərbaycan bəstəkarlarının portretlərinin əks olunduğu xalçalar nümayiş olunur.

Həmçinin milli musiqi alətlərinin, qədim Şuşa qalası və digər regionlarımızın özünəməxsus naxışlarının işləndiyi xalçalar və kəlağayılar, milli naxışlı çantalar, rəsm əsərləri və digər əl işləri yer alır.

Qeyd edək ki, sözügedən məhsulların hazırlanmasında naxışlardan istifadə etməklə milli ənənələrin qorunması və təbliği müasir dövrdə vacib məsələlərdən biridir. Naxışlar millətin genetik səviyyəsində yaranan identifikasiya kodudur.

Sərgi sentyabrın 28-dək davam edəcək.

# 532 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #