Mədəniyyət Nazirliyindən teatrlara qadağa – Qırmızı rəngdən istifadə etmək olmaz!

Mədəniyyət Nazirliyindən teatrlara qadağa – Qırmızı rəngdən istifadə etmək olmaz!
21 aprel 2022
# 15:00

Mədəniyyət Nazirliyi teatrlara qadağa tətbiq edib.

Etibarlı mənbələrdən Kulis.az-a verilən xəbərə görə, teatra gedən aktyorların qırmızı dodaq boyasından, dikdabandan, qırmızı rəngli geyimlərdən, cins və dar şalvarlardan istifadəsinə qadağa qoyulub.

Məsələ ilə bağlı ölkədəki teatrlara sorğu göndərdik, lakin teatrların mətbuat xidmətləri bu məlumatı təkzib etdilər. Daha sonra Mədəniyyət Nazirliyinin müvafiq şöbəsi ilə əlaqə saxladıq. Amma zənglərimiz cavabsız qaldı.

Bəhsi keçən məsələni diqqətdə saxlayacağıq.

# 2120 dəfə oxunub

Müəllifin son yazıları

# # #