Xəbər verdiyimiz kimi, Azərbaycan rəqqaslığının görkəmli nümayəndəsi, Əməkdar artist Aliyə Ramazanova vəfat edib.
Mədəniyyət Nazirliyi rəsmi feysbuk səhifəsində Əməkdar artistin vəfatı ilə bağlı paylaşım edib. Jurnalist Əli Novruzəliyevin paylaşıma yazdığı şərh isə müzakirələrə səbəb olub.
Kulis.az sözügedən şərhi təqdim edir:
"Dəfnində mən daxil 10 nəfər iştirak etdi. Mədəniyyət Nazirliyindən heç kim gəlməmişdi. Nazirliyin adından bir əklil də yox idi...Cənab nazirin başı qarışıq ola bilər, Şamaxıda ola bilər. Bəs digər işçilər?! Rəqs sənətinin görkəmli nümayəndəsi adi insan kimi dəfn olundu. Çox heyif! Allah sizə rəhmət etsin, əziz, doğma Aliyə xanım!".
Mədəniyyət Nazirliyi niyə Aliyə Ramazanovanın dəfnində iştirak etmədi?
1 sentyabr 2023
20:06
1996 dəfə oxunub