Mədəniyyət nazirləri Daşkənddə görüşdü

Mədəniyyət nazirləri Daşkənddə görüşdü
12 iyun 2024
# 15:10

Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 11-də iki ölkənin mədəniyyət nazirləri Ozodbek Nazarbekov ilə Adil Kərimli arasında görüş olub.

Kulis.az xəbər verir ki, Özbəkistan Forumlar Sarayında gerçəkləşən görüşdə azərbaycanlı həmkarını salamlayan Ozodbek Nazarbekov Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin əhəmiyyətini vurğulayıb. Azərbaycanın mədəniyyət və incəsənət xadimlərini yenidən ölkəsində görməkdən məmnunluğunu bildirən nazir özbək xalqının Azərbaycan mədəniyyətinə həmişə sevgi və rəğbət bəslədiyini deyib.

İkitərəfli görüşə və Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən nazir Adil Kərimli ölkəmizdən incəsənət ustalarının Özbəkistana böyük sevgi və həvəslə gəldiklərini diqqətə çatdırıb.

# 364 dəfə oxunub

Müəllifin son yazıları

# # #