Mədəniyyət naziri Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı başsağlığı verdi

Rüstəm İbrahimbəyov

Rüstəm İbrahimbəyov

15 mart 2022
# 10:00

Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, dünyaşöhrətli kinodramaturq Rüstəm İbrahimbəyovun vəfatı ilə əlaqədar başsağlığı teleqramı yollayıb.

İttifaqdan APA-ya verilən məlumata görə, teleqramın mətnində deyilir:

“Dərin təəssüf hissi ilə öyrəndim ki, müasir dövrün görkəmli nasiri, dramaturq və rejissor Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov dünyasını dəyişib. Çoxşaxəli istedad və müstəsna bədii zövq sahibi olan Rüstəm İbrahimbəyov kino sənətinin birmənalı şəkildə ustadı idi. Onun bir çox ədəbi əsərləri ekranlaşdırılaraq müxtəlif nəsillərin rəğbətini qazanıb. Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyovun əziz xatirəsi həmkarları arasında, onun sadiq pərəstişkarlarının və oxucularının qəlbində qalacaqdır. Doğmalarına və yaxınlarına mənim dərin başsağlığı sözlərimi çatdırmağınızı rica edirəm. Ruhu şad olsun!”

Qeyd edək ki, Rüstəm İbrahimbəyov martın 10-dan 11-ə keçən gecə Moskvada vəfat edib.

# 1150 dəfə oxunub

Müəllifin son yazıları

# # #