Mədəni irsimiz Aşqabadda

Mədəni irsimiz Aşqabadda
12 may 2025
# 16:30

Aşqabad Beynəlxalq Məktəbində keçirilən “Beynəlxalq mətbəx festivalı”nda Azərbaycan zəngin mədəni irsi və turizm potensialı ilə təmsil olunub.

Kulis.az xəbər verir ki, Azərbaycanın Türkmənistandakı səfirliyi tərəfindən qurulmuş guşədə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, xalçaçılıq ənənələri, milli geyimləri, memarlıq üslubu və turizm imkanlarını əks etdirən təqdimatlar nümayiş etdirilib.

Guşədə “azerbaijan.travel” turizm portalı və “Made in Azerbaijan” brendinə dair bannerlər quraşdırılın, milli məhsullar və sənətkarlıq nümunələri nümayiş olunub.

Azərbaycanın milli mətbəxinə məxsus yeməklər və şirniyyatlar da festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, tədbir çərçivəsində ziyarətçilərə Azərbaycanı tanıdan kitablar, broşürlər və müxtəlif nəşrlər paylanıb, foto-açıqcalar, suvenirlər və milli geyimlərimizi əks etdirən materiallar nümayiş etdirilib.

# 80 dəfə oxunub

Müəllifin son yazıları

# # #