Mayli Sayrus əfsanə oldu

Mayli Sayrus əfsanə oldu
13 avqust 2024
# 13:54

Hanna Montana rolu ilə məşhurlaşan aktrisa və Müğənni Mayli Sayrus rəsmi surətdə Əfsanə statusu qazanıb.

Kulis.az xəbər verir ki, mükafatlandırma mərasimi Kaliforniyada baş tutub. "Qremmi" mükafatçısı olan Sayrus yeni titulunu alarkən etdiyi çıxışda deyib:

" Sizə bir sirr açım. Əfsanələr də qorxur. Mən elə indi də qorxuram, amma hamımız qorxumuzla mübarizə aparırıq və siz də mübarizə apara bilərsiniz. Qorxmaq, amma buna baxmayaraq etmək - bu əfsanəvidir!"

Qeyd edək ki, Mayli Sayrus "Disneyin Əfsanəsi" titulunu qazanan ən gənc məşhurdur.

# 319 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #