Maykl Duqlas Qızıl Palma budağı qazandı

Maykl Duqlas Qızıl Palma budağı qazandı
17 may 2023
# 10:35

Məşhur ABŞ aktyoru Maykl Duqlas Kann Film Festivalında Qızıl Palma budağı qazanıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Kann Film Festivalının fəxri Qızıl Palma budağı çərşənbə axşamı aktyor Maykl Duqlasa təqdim edilib. Təqdimat TF1 telekanalının efirində yayımlanan festivalın açılış mərasimində baş tutub.

Duqlas mükafatı kinonun inkişafına verdiyi töhfəyə görə alıb. O, film festivalına həyat yoldaşı Ketrin Zeta-Cons və qızı Karislə gəlib.

Qeyd edək ki, Avropanın ən qədim film nümayişlərindən biri Kot d'Azurda 76-cı dəfə qonaqları qəbul edib. Bu il o, aktrisa və rejissor Mayven Le Beskonun "Jeanne du Barry" tarixi dramının nümayişi ilə açılıb. Film kral XV Lüdoviklə görüşdükdən sonra Fransanın ən nüfuzlu qadınlarından birinə çevrilən gənc qadın Janna Vobernedən bəhs edir. Kral rolunu aktyor Conni Depp oynayıb, bu əsər onun son üç ildə ilk böyük rolu olub. Premyeraya o da filmdə işləyən komanda ilə birlikdə gəlib.

# 990 dəfə oxunub

Müəllifin son yazıları

# # #