2009-cu ildə vəfat edən amerikalı pop ikonu Maykl Ceksonun həyatından bəhs edən bioqrafik filmin çəkilişləri bu il başlayır.
Kulis.az xəbər verir ki, uzun müddət idi ki, filmdə məşhur müğənnini kimin canlandıracağı maraq doğururdu.
Müğənnini 26 yaşlı qardaşı oğlu Cəfərin Ceksonun canlandıracağı açıqlanıb.
"Maykl" adlanacaq filmdə əmisini canlandıracaq Cəfər Cekson sosial media hesabında "Əmim Mayklın hekayəsini ekrana gətirməkdən şərəf duyuram. Tezliklə ətrafdakı bütün pərəstişkarları ilə görüşərik"- ,deyə qeyd edib.
Cəfər Cekson müğənninin böyük qardaşı Cermeyn Ceksonun oğludur. Uşaqlıqdan ailənin digər üzvləri kimi rəqs və mahnı oxuyan Cəfər ilk dəfədir ki, belə irimiqyaslı layihədə iştirak edəcək.
Filmin rejissor kürsüsündə “Birinci gün”, “Ədalət”, “Atıcı”, “Kral Artur” kimi uğurlu filmlər çəkən Antuan Fukua əyləşəcək.
Filmdə Ceksonun unudulmaz səhnə çıxışlarından şəxsi həyatı haqqında məlumatlar təqdim olunacaq.